Prochem-az.az

PLASCRET 500 S

TƏSVİRİ
Betonun bərkiməsini uzadan, ilk müqaviməti
tezləşdirən, yüksək faizlə suyu azaldan, betona yüksək
axıcılıq vərən liqnin sulfonat əsaslı beton qatqısıdır.

İSTİFADƏ SAHƏLƏRİ
~ Pompalanan və pompalanmayan hazır beton
istehsalında
~ Uzaq məsafəyə daşınan beton istehsalında
~ Betonun yüksək mərtəbələrə və daha uzaq
məsafələrə pompalanmasında
~ İsti havalarda (25-40°C)

XÜSUSİYYƏTLƏR
~ Qatqısız betonla müqayisədə suyun miqdarının
12-15% azaldır
~ Qatqısız betonla müqayisədə betonda yaranan
kiçik problemləri minumuma endirir.
~ Uzun müddət betonun axıcılığını (palstikliyini)
qoruyub saxlayır
~ Qatqısız betona nisbətən ilkin müqaviməti artırır

TEXNİKİ GÖSTƏRİCİLƏR
Görünüşü qəhvəyi rəngdə, maye.
~ Sıxlığı 1.14-1.16 qr/sm3 (20°C)
~ pH 6.0-8.0
~ Xlor < 0.1% ( EN 480-10)
~ Qələvi < 5 (EN 480-12)

TƏHLÜKƏSİZLİK
Qatqının gözə və dəriyə təmas etməsindən qorunmaq lazımdır,əgər qatqı gözə təmas edərsə, bol su ilə
yuyulmalı, əks halda həkimə müraciət edilməlidir.
Qatqı ilə iş görülən zaman qoruyucu əlcək və qoruyucu eynəkdən istifadə edilməlidir.

UYĞUNLUQ
PLASCRET 500 S aşağıdakı materiallarla birlikdə
istifadəyə uyğundur:
~ ASTM standartlarındakı bütün Portland və digər
sement çeşidləri ilə
~ Betonun su keçirməsini azaldan, isti hava şəraitində
betonun müqavimətini və iş qabiliyyətini artıran, hava
qabarcıqlarını çıxaran qatqılarla
~ Uçucu kül
~ Polipropilen əlyaf

SƏRFİYYAT
Sementin çəkisinin 1-2%-i

İSTİFADƏ QAYDASI
Qatqı betona su ilə qarışdırılaraq və ya suyun 70%
verildikdən sonra, suyun qalan 30% -nə əlavə
olunaraq betona verilir.
Hazır beton tikinti sahəsində axıcılığını itirərsə, əlavə
olaraq heç bir qatqı əlavə olunmamalıdır. Sadəcə
PLASCRET 500 S betondakı sement nisbətinin 0.5%
həcmində əlavə edilə bilər.

QABLAŞDIRILMA VƏ SAXLAMA QAYDASI
30 kq bidon, 200 kq çəllək, 1000 kq çən, tökmə.
Orijinal qablaşdırılmada + 20°C saxlandığı zaman
saxlama müddəti 1 ildir. Məhsul donarsa, + 20 C saxlamaq lazımdır. Donu açıldıqdan sonra isə yaxşıca
qarışdırılıb, laboratoriyada yoxlanıldıqdan sonra
istifadə edilə bilər.